Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlaxda keçirilib-FOTOLAR



Newscenter.az.8.09.2020. AFFA-nın və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlax rayonunda keçirilib.

Newscenter.az xəbər verir ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Layihə çərçivəsində keçirilən tədbirdə rayonun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 48 saylı Yevlax Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, YAP Rayon Təşkilatının sədri İlham Məmmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edib.

Qeyd edək ki, bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş