Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunanıstan mediası Azərbaycanın tarixi-mədəni abidələrindən yazdı



Newscenter.az.23.03.2021. Yunanıstan mediasında Azərbaycanla bağlı növbəti məqalə dərc edilib. Bu dəfə yazı Azərbaycanın qədim tarixi-mədəni abidələrinə həsr olunub.

Newscenter.az xəbər verir ki, Yunanıstanın nüfuzlu karfitsa.gr nəşrində işıq üzü görən məqalənin müəllifi "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdur.

Müəllif məqalədə yunan ictimaiyyətinə İçəri Şəhər, Qobustan tarixi abidələri ilə yanaşı, Heydər Əliyev Mərkəzi, Crystal Hall kimi mədəniyyət mərkəzləri barədə də ətraflı məlumat verir.

Qeyd edək ki, Rəşid Məmmədov müntəzəm olaraq Yunanıstan mediasında Azərbaycanın təbliğatı ilə bağlı məqalələr dərc edir.

NEWSCENTER.AZ
Xəbəri paylaş