Newscenter.az.17.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli TİGEM (Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi) nümayəndələri ilə görüşüb.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı nümayəndə heyətini məlumatlandırıb.
Görüşdə yeni buğda toxumu növlərinin Azərbaycanda tanıdılması, təcrübədən keçirilməsi və mümkün olduğu halda yetişdirilməsinin inkişaf persperktivləri müzakirə olunub.
TİGEM baş direktorunun köməkçisi Ali Osmak Kıyak qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.