Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə bəzi uçuşlar ləğv edildi

Türkiyədə bəzi uçuşlar ləğv edildi


Türkiyənin Sabiha Gökçen Hava Limanında noyabrın 23-də bəzi reyslər həyata keçirilməyəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Sabiha Gökçen Hava Limanı İdarəsi Hava Limanı İdarəetmə və Aviasiya Sənayesi A.Ş. tərəfindən edilən şərhdə, "Sabiha Gökçen Hava Limanında gözlənilən mənfi meteoroloji şərtlər səbəbiylə, sabah saat 15.00-a qədər uçuşların 10 faizi Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarı ilə ləğv ediləcək",-deyə bildirilir.

Açıqlamada sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet saytından və zəng mərkəzlərindən izləmələri tövsiyə edilib.

Anar Əliyev
Xəbəri paylaş