Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?

Müasir çağrı mərkəzləri necə  təşkil olunmalıdır?


Newscenter.az.17.04.2019
. Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə sistem inteqratoru “Kibrit.tech” MMC tərəfindən “Müasir çağrı mərkəzlərinin təşkili” mövzusunda konfrans keçirilib.
Kofransın təşkilində məqsəd çağrı mərkəzlərinin fəaliyyətinin qurulması sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

Newscenter.az xəbər verir ki, tədbirə müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri qatılıblar.
Konfransda Vergilər Nazirliyi Çağrı Mərkəzinin,“Digital Services Company” MMC-nin, “AVAND Technology” MMC-nin və“Tandem” MMC-nin müştəri xidmətləri üzrə mütəxəssisləri çıxış ediblər.
Çıxışlarda çağrı mərkəzlərinin müsbət rolundan danışılıb,onların düzgün və peşəkar şəkildə təşkilinin vacibliyi vurğulanıb.

Çıxışçılar, eyni zamanda, bu sahədə tətbiq olunan yenilikləri diqqətə çatdırıblar.
Sonda “Kibrit.Tech” MMC tərəfindənçağrı mərkəzlərinin işinin düzgün qurulması üçün vacib alət olan “Orangeline” Çağrı Mərkəzi İdarəetmə Sistemi nümayiş etdirilib.
Konfrans iştirakçıları canlı rejimdə daxil olan müraciət və sorğuların real vaxtda qəbul, qeydiyyat və emalı prosesini izləyiblər.


Xəbəri paylaş