Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Ismayıllıda vətəndaşlarla görüşüb

Nazir Ismayıllıda vətəndaşlarla görüşüb


Newscenter.az.7.06.2019.
İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov İsmayıllı rayonunda, İsmayıllı, Qəbələ, Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 15 nəfər vətəndaş iştirak edib.

Müraciətlər gənclər və idman sahələri, idman qurğularına idman avadanlığının verilməsi, QHT-lərin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub. Gənclər evlərinin tikintisi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, şəxsi məsələlər də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldirilib
Xəbəri paylaş