Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU könüllüləri mükafatlandırılıb



Newscenter.az.5.12.2019
. Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində abşeronlu könüllülərlə keçiriləngörüşdə iştirak ediblər.

Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə, həmçinin dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədova könüllülər sırasında BMU tələbələrinin sayca çoxluq təşkil etdiyini qeyd edib.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülər mükafatlandırılıb. BMU könüllüləri-YAP Gənclər Birliyinin sədri Günel Salahova, birliyin idarə heyətinin üzvləri İlqar Bəşirov, Nurlan Nəcəfli, Nigar İbrahimova, Sərtac Cabbarlı, BMU TGT-nin sədri Ləman Şərifova və könüllük fəaliyyətinin təşkilində iştirak edən BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fuad Şərbətov Fəxri fərmanla təltif olunub.

R.Mehdiyeva
Xəbəri paylaş