Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin 2 yoldan birini seçməlidir

Putin 2 yoldan birini seçməlidir


"Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər. Yəni bu doktrinaya görə Rusiyanın Ukraynanın ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbələri qarşılığında nüvə başlıqlı raketlərdən istifadəsi mümkündür".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir:

"Tək Ukraynaya qarşı deyil, ona raketlər verən ölkələrə qarşı da nüvə başlıqlı silahlardan istfadə etməlisən. Bu isə nüvə müharibəsinin başlanması deməkdir. Çünki hədəf seçilən ölkələrin də nüvə silahı var, onlar da səni vuracaq".

Politoloq hesab edir ki, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır:

"O ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da Rusiya ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin raketləriylə vurulmasını seyr etməkdə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənf təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir".

Anar Əliyev
Xəbəri paylaş