Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Lukoyl” şirkətinin səhmdarı Vahid Ələkbərovla görüşüb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Tokayevə Qazaxıstanda “Lukoyl” tərəfindən görülən işlərin nəticələri və gələcək planlar barədə məlumat verilib.
Görüşdə şirkətin səhmdarı ilə enerji sahəsində birgə layihələrin həyata keçirilməsi də müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran əməkdaşlığın perspektiv sahələri nəzərdən keçirilib.
Qasım-Jomart Tokayev bildirib ki, “Lukoyl” kimi iri şirkətlərlə əməkdaşlığın davamlı inkişafı enerji sənayesinin modernləşdirilməsinə və ölkənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verəcək.
Mehman Mehdiyev