"Ermənistan rəhbərliyinin COP29-da iştirak etməməsi, sülh prosesinə mənfi təsir etməyəcək".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, baxmayaraq ki, Bakı dəvət etmişdi və gəlmək üçün qeydiyyatdan da keçmişdilər:
"Lakin N. Paşinyan nazirini o şərtlə göndərmək istəyirdi ki, Bakıdan erməni diversantlarla Yerevana qayıtsın. Təbii ki, Azərbaycan belə bir şərti qəbul edə bilməzdi".
Politoloqun qənaətincə, Ermənistan tərəfi Bakıya gəlsəydi, dəyişən bir proses də olmayacaqdı:
"Ona görə də N.Pasinyan müəyyən qədər daxili etirazı neytrallaşdırmaq üçün Yerevan üçün "nəticəsi" olmayan tədbirə qatılmadı. Əgər, rəsmi Bakı Ermənistanın şərti ilə razılaşıb diversantları azad etsəydi, digər şərtlərlə çıxışlarina president ola bilərdi. Məhz Ermənistan siyasi hakimiyyətinin mahiyyəti budur".
Anar Əliyev