Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalı konqresmen: Zelenski Ukraynada sülhə məğlubiyyət kimi baxır

Amerikalı konqresmen: Zelenski Ukraynada sülhə məğlubiyyət kimi baxır


Vladimir Zelenski Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivinə məğlubiyyət kimi baxır.


Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna deyib.

"Düşünürəm ki, o, itirmək istəmir, sülhə məğlubiyyət kimi baxır. Amma bu, dəhşətli liderlikdir, sülhə qələbə kimi baxmaq lazımdır, xüsusən də bu qədər insanı itirdiyiniz zaman", - deyə konqresmen vurğulayıb.

Luna deyib ki, NATO Ukrayna hökumətini sursat təchizatı baxımından maliyyələşdirir:

"Mən Avropa Birliyi nümayəndələri ilə görüşdüm. Bir çox ölkələrin iqtisadiyyatı ağır vəziyyətdədir, lakin onlar bu müharibəni dəstəkləyirlər. Ancaq eyni zamanda Aİ-də Ukraynadakı müharibə ilə heç bir əlaqəsi olmayan daha mühafizəkar qanadın nümayəndələri də var”.

Mehman Mehdiyev
Xəbəri paylaş