
"Ramiz Mehdiyev uzun illər hakimiyyətin yüksək pilləsində təmsil olunsa da, ancaq onun heç vaxt sosial bazası olmayıb. Nə Mehdiyev, nə onun müxalifətdəki balaları Prezident İlham Əliyevə rəqib ola biləcək gücdə deyil".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, Ramiz Mehdiyevin PA rəhbəri olduğu illərdə radikal müxalifət düşərgəsi ayda bir neçə dəfə paytaxt küçələrinə çıxaraq ictimai asayişi pozurdu. Deputatın qənaətincə, bu günlərdə Ramiz Mehdiyev ətrafında cərəyan edən proseslər və Mehdiyevin radikal müxalifəti himayə etməsi barədə deyilənlər yaxın keçmişə nəzər saldıqda öz təsdiqini tapır:
"Heç şübhəsiz ki, hüquq-mühhafizə orqanları dövlətimiz, dövlətçiliyimiz üçün təhlükəli olan bu hadisələri araşdıraraq cinayətkarları məsuliyyətə cəlb edəcəklər".
Süleyman











































