Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan TDT ilə birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib

Azərbaycan TDT ilə birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib


qtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Newscenter.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi, ölkəmizlə əməkdaşlıq və üzv ölkələr arasında müasir texnologiya-ların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika, tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş