Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinə həsr olunmuş görüş keçiriləcək

“Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinə həsr olunmuş görüş keçiriləcək



Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzusunda təqdimat müsabiqəsi ilə bağlı onlayn görüş keçiriləcək.

Newscenter.az xəbər verir ki, görüş oktyabrın 24-də saat 12:00-da BŞTİ-nin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayım formatında baş tutacaq.

Görüşün keçirilməsində əsas məqsəd müsabiqədə iştirak etmək istəyən təhsilverənlərə müsabiqə ilə bağlı ərtaflı məlumat vermək, müraciət və iştirak qaydaları ilə bağlı onları maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir.

Yaradıcı ideyaları, yenilikçi və innovativ yanaşmaları ilə fərqlənən müəllimlər canlı yayıma qoşularaq müsabiqə ilə bağlı suallarını paylaşımın şərh bölməsində yaza bilərlər.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş