
"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması təkcə regionun iqtisadi inkişafına təkn verməyəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması eyni zamanda Türk Dövlətləri Təşkilatının gücünü artıracaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkili bildirib ki, Zəngəzur dəhlizi həm də Türk dövlətlərini nəqliyyat-loqistika baxımından birləşdirmiş olacaq:
"Bu uzun illər ayrı düşmüş türk dövlətlərinin birləşməsi demək olacaq".
Millət vəkili deyib ki, Azərbaycanın Ermənistana qoyulan tranzit məhdudiyyətlərini aradan qaldırması Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır.
Süleyman











































