Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Ağdam rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində və ətraf kəndlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Newscenter.az xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmə səviyyəsinin artırılması və uçot məlumatların dəqiqləşdirilməsi məqsədilə təşkil edilmiş görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarənin rəisi Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəşt və azadolmaları barədə ətraflı məlumat verib. Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox mikro və kiçik sahibkarlıq subyekti iştirak etdiyi tədbirdə vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna dair məsələlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi borcları, vergi uçotunun dürüstləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Vergi ödəyicilərinin fəaliyyətində vergi orqanının qarşılaşdığı məsələlər barədə danışan baş idarə rəisi vergi qanunvericiliyinə düzgün əməl edilməsi, işəgötürənlər tərəfindən işçilərlə əmək müqavilələrinin bağlanılması, ticarət, xidmət və iaşə obyektlərində NKA və POS-terminalların quraşdırılması zərurətini xüsusi vurğulayıb.

Görüşdə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Süleyman
Xəbəri paylaş