Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva Qərbə əzələ nümayiş etdirməyə çalışır

Moskva Qərbə əzələ nümayiş etdirməyə çalışır


"Ukraynaya qitələrarası raketlə zərbə endirməyə heç bir hərbi zərurət yox idi. Bununla Moskva daha çox Qərbə əzələ nümayiş etdirməyə çalışır".

Newscenter.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirməsinə münasibət bildirərkən səsləndirib. Sözügedən raketin üstünlüklərindən danışarkən ekspert bunları qeyd edib:

"Rusiya ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib. РС-26 «Рубеж» raketi Həştərxandan buraxılıb. Kütləsi 40-50 ton olan raket 9000 kilometrdən çox məsafə qət etməyə qadirdir".

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa öz silahları ilə Rusiya ərazisinə zərbə endirməsi üçün Ukraynaya icazə veriblər.

Anar Əliyev
Xəbəri paylaş