Newscenter.az.7.12.2019. Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Ayxan Abdullayev (Biznesin idarə edilməsi ixtisası-ingilis bölməsi) Azərbaycan üzrə Beynəlxalq Natiqlik Yarışmasında birincilik qazanıb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, BMU tələbəsi Azərbaycanı 2020-ci ilin may ayında Londonda keçiriləcək Beynəlxalq Natiqlik Yarışmasında təmsil edəcək.
Qeyd edək ki, Böyük Britaniyanın “English Speaking Union” (ESU) təşkilatı tərəfindən keçirilən Beynəlxalq Natiqlik Yarışması 54-dən çox ölkə və 60000-dən artıq tələbənin qatıldığı ən böyük beynəlxalq yarışmadır. Layihə artıq 22 ildir həyata keçirilir. Ayrı-ayrı ölkələr üzrə qalib olan natiqlər Londonda həyata keçirilən final turunda yarışmaq imkanı əldə edirlər.
R.Mehdiyeva