Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” Rovaniemiyə uçuşlara başlayır



Newscenter.az.9.12.2019. Buna qədər Helsinkiyə müntəzəm uçuşlar təşkil edən “Türk Hava Yolları” Rovaniemi ilə birlikdə bu şimal ölkəsindəki uçuş məntəqələrinin sayını ikiyə çatdırdı. 5 dekabr 2019-cu il tarixindən etibarən Rovaniemi reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günlərində qarşılıqlı olaraq həyata keçiriləcək. “Türk Hava Yolları” Rovaniemi ilə öz geniş uçuş xəritəsinə 317-ci məntəqəni əlavə etdi.

Newscenter.az-a daxil olan məlumata görə, Rovaniemiyə ilk uçuşa həsr edilmiş mərasimdə çıxış edən “Türk Hava Yolları” İdarə Heyətinin Üzvü Orhan Birdal təmsil etdiyi şirkətin Rovaniemə biznes sinif xidməti təklif edən yeganə aviaşirkət olduğunu bildirib." Qütb parıltısını izləmək üçün ən məşhur qış turizm məntəqələrindən biri olan Rovaniemiyə qarşılıqlı uçuş həyata keçirəcəyik. Bu istiqamətə uçuşlar təşkil edən ilk qeyri-Avropa Birliyi aviaşirkəti və Rovaniemiyə uçuşlarda biznes sinif xidmətləri təklif edən yeganə aviaşirkət olaraq, qonaqlarımızı bu xüsusi şəhəri görməyə dəvət edirik.”

Şimal Qütb Parıltısını izləmək üçün əlverişli mövqeyə sahib olan Rovaniemi ən məşhur qış turizm məkanlarından biridir. Bu unikal şəhər bununla yanaşı öz qonaqlarına ekoloji təmiz şüşə iqlular (bərk buz parçalarından tikilmiş gümbəz formalı Eskimos evləri) və buz otellərində unudulmaz istirahət təklif edir.

Aydan
Xəbəri paylaş