Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 13.3% artıb



Newscenter.az.11.12.2019. Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3% artaraq 241 minə çatıb. Dövlət Turizm Agentliyindən Newscenter.az-a bildirilib ki, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56.7%-ni bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33.5%, 40.1% və 35.5% ilə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.

Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3% göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1% və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6%, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib.

Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6% artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2%, 46.7% və 38% daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib.
Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.

Əvvəlki aylarda olduğu kimi Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91.9%-lə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24.5% artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67.7%-lə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12.2% artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8.3% və 3.7% artaraq 289 və 235 min nəfərə çatıb.

Aydan
Xəbəri paylaş