Newscenter.az.12.02.2020. Fevralın 12-də gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-dən daxil olub. Bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək təmir bərpa işləridir.