Newscenter.az.12.02.2020. Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün isə miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.
Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə də aparılıb. Yeniliyə əsasən isə qəbul prosesində ancaq şəxsiyyət vəsiqəsi ilə iştirak etmək mümkün olacaq.
Qeyd edək ki, ölkə Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya ehtiyatında və sistemində məlumatlar mübadiləsinin şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməsi tələb olunur.