Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanın Ramiz Tatarovu

Beyləqanın Ramiz Tatarovu


Hakim partiyanı gözdən salan Rəfael Pəsiyev də seçki saxtakarları sırasında cəzalandırıla bilər

Newscenter.az.14.02.2020.
Vaxtı ilə mərhum Sirus Təbrizli hakim Yeni Azərbaycan Partiyası ilə bağlı fikirlər səsləndirəndə, çoxları ona qarşı səlib yürüşünə çıxmış, Sirus Təbrizlini ciddi şəkildə qınaq obyektinə çevirmişdi. Lakin zaman keçdikcə hakim Yeni Azərbaycan Partiyasına ümummilli lider Heydər Əliyevin siyasi kusuna, onun ideyalarına zidd olan şəxslərin hansısa üsul və vasitələrlə yol tapması, partiyanın müəyyən mərkəzi qurumları, eləcə də rayon təşkilatlarında mühüm post tutması, mərhum Sirus Təbrizlinin nə qədər haqlı olduğunu ortaya qoymuş oldu. Onu da qeyd etmək yerinə düşər ki, Sirus Təbrizli məlum fikirlərini yüz minlərlə üzvü olan bütöv bir partiyaya şamil etmirdi. O, məhz hakim partiyaya sözün əsl mənasında soxulan, ondan, YAP-ın nüfuzundan, siyasi çəkisindən yararlanan şəxsləri nəzərdə tutur və partiya sıralarında belə şəxslərin olmasını ümumilikdə YAP-a ləkə hesab edirdi. Elə bir müddət əvvəl Ağstafa olayında üzə çıxan məqam və belə demək mümkünsə dövləti cinayətdə əli olan şəxslərdən birinin məhz Yeni Azərbaycan Partiyasının sözügedən rayon təşkilatının sədri Ramiz Tatarov olması da deyilənlərin əyani sübutu idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də günümüzdə Ramiz tatarovlar qalmaqdadır və belə şəxslərin varlığı, onların siyasi meydanda at oynatması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ideyalarına, prinsiplərinə tamamilə sözdür. Belə demək mümkünsə həmin şəxslər bu gün YAP-a qara ləkədir.

Günümüzdə hakim partiyaya qara ləkə olan, onun nüfuzuna zərbə vuran hakim partiya funksionerlərindən biri də Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyevdir. Beyləqanın Ramiz Tatarovu ləqəbini qazanan Pəsiyev hazırda özünü rayonda İcra Hakimiyyəti başçısından sonra ikinci vacib fiqur kimi aparır və sözüb əsl mənasında Beyləqanda at oynadır. R.Pəsiyevin də Ağstafa rayonunun keçmiş YAP sədri Ramiz Tatarov kimi qara kassa finksiyası yerinə yetirdiyi, Beyləqanda tüğyan edən rüşvətxorluq hallarının başında durduğu bildirilir. Məlumata görə, R.Pəsiyev rayon icra hakimiyyəti başçıları ilə sahibkarlar, torpaq icarəyə götürmək istəyən fermerlər, həmçinin müxtəlif vəzifələr iddiasında olan şəxslər arasında vasitəçi rolunu oynayır. Məhz bu bacarığına görə, Beyləqana təyin olunan hər icra hakimiyyəti başçısı Pəsiyevlə şərik işləməyə üstünlük verir. Bir vaxtlar Beyləqanda məclislərdən qovulan, məsxərə obyektinə çevrilən R.Pəsiyevin bu gün rayonda kəsdiyi başa sorğu-sual yoxdur desək yanılmarıq. Bunun ən bariz nümunəsi kimi fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində R.Pəsiyevin seçki məntəqələrinin əksəriyyətinə baş çəkərək məntəqə sədrləri ilə bağlı qapı arxasında müzakirə aparması və onlara seçkilərin nəticələrini Şahin İsmayılovun xeyrinə saxtalaşdırması barədə təlimat verməsini göstərə bilərik. Redaksiyamıza Pəsiyevin səsvermə günü seçki məntəqələrinə gəlməsi və orada məntəqə sədrləri ilə bağlı qapılar arxasında görüşüb təlimat verməsi barədə videogörüntülər də daxil olub. Qeyd edək ki, həmin görüntülərdə Pəsiyev hətta, utanmadan etdiyi yalnış hərəkətə bəraət qazandırır və istənilən məntəqəyə getmək hüququna malik olduğunu dilə gətirir. Lakin o boyda rayon təşkilatının sədri anlamır ki, onun hər hansı bir məntəqəyə getməsi və məntəqə sədrinə təlimat verməsi birbaşa seçki prosesinə müdaxilə deməkdir.

R.Pəsiyevin bu özbaşınılığına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Kürdəmir rayonuna səfəri zamanı növbədənkənar parlament seçkilərində səsvermə prosesinin saxtalaşdırılmasına yönəlik cəhdlərə verdiyi qiymət və bu qanunsuz əməlləri törədən şəxslərin cəzalandırılacağı barədə ortaya qoyduğu mövqeni diqqətə çatdırmaq istərdik. Cənab Prezident sözügedən məsələ ilə bağlı net və qəti olaraq dedi: “Mövcud pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq”.

Dövlət başçısının ortaya qoyduğu siyasi iradə və seçkilərdə qanun pozuntularına yol vermiş şəxslərin cəzalandırılacağı mesajı onu deməyə əsas verir ki, R.Pəsiyev də seçki saxtakarlığına görə, cəzalandırılanlar sırasında yer alacaq. Çünki, o həm fevralın 9-da, həm də indiyə qədərki fəaliyyəti ilə yalnız və yalnız hakim partiyanın siyasi çəkisi və nüfuzuna zərbə vurub, ətrafına yığdığı səriştəsiz, bacarıqsız şəxslərlə bu partiyanı gözdən salıb. Onu da diqqətə çatdıraq ki, 81 saylı Beyləqan Seçki Dairəsi üzrə keçirilən səsvermənin ciddi şəkildə saxtalaşdırıldığı barədə materiallar Mərkəzi Seçki Komissiyası, eləcə də Respublika Prokurorluğuna təqdim edilib və hazırda bu istiqamətdə ciddi araşdırma gedir.

P.S. Rəfael Pəsiyevin digər çirkli oyunları, bu oyunlardan milyonlar əldə etməsi, eləcə də rayonda zəbt etdiyi mülklər, torpaq sahələri barədə növbəti sayımızda.


Sarvan
Xəbəri paylaş