Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədlər Prezidentə müraciət etdi: "Çox ciddi pozuntular var" – FOTO/VİDEO



Newscenter.az.15.02.2020. 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədlər Prezident İlham Əliyevə müraciət edib.Onlar 81 saylı Beyləqan DSK-da YAP-ın namizədi bundan əvvəl deputat olmuş Şahin İsmayilovun seçilməsinə etiraz edirlər. Namizədlər iddia ki, rayon seçiciləri Şahin İsmayılovun təkrar deputat olmasını qəbul etmir, səbəb Ş. İsmayilovun 4 il ərzində rayonda deputat fəaliyyətilə məşğul olmamasıdır. Namizədlərin müaricətində qeyd olunur ki, seçkilərdə şahin İsmayılovun xeyrinə saxtakarlıq olub və bütün faktlar foto və videogörüntülər vasitəsi ilə qeydə alınıb.

News12.az müraciəti oxuculara təqdim edir:

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova,
Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova.
Növbədənkənar Parlament Seçkilərində 81 saylı
Beyləqan seçki dairisindən namizədlər
Məmmədov Anar Sədrəddin oğlu
Süleymanov Anar Hümbət oğlu
Bayramova Zülfiyyə Yaqub qızı
Mehdiyeva Ruhiyyə Zahid qızı
Abbasov Hikmət Maxsud oğlu tərəfindən

Ə R İ Z Ə

Hörmətli Məzahir müəllim. Yazıb Sizə bildiririk ki, namizədliyimizi irəli sürdüyümüz 81 saylı Beyləqan seçki dairəsi üzrə təbliğat-təşviqat kampaniyasına başladığımız müddətdən etibarən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələri ciddi şəkildə pozulmuşdur. İlkin olaraq kənd ərazi icra nümayəndələrinin namizədlərin seçicilərlə görüşlərinin baş tutmaması üçün apardıqları təbliğatlar, misal olaraq İkinci Aşıqlı İcra nümayəndəsi Osman müəllim, Əmirzeyidli kənd İcra nümayəndəsi Asif müəllim, Birinci Aşıqlı İcra nümayəndəsi Sədulla müəllim, Şəfəq Qəsəbə İcra nümayəndəsi Elməddin müəllim və Bələdiyyə sədri Paşa müəllim, Yuxarı Aran kənd İcra nümayəndəsi Xaləddin müəllim, Birinci Şahsevən kənd İcra nümayəndəsi Seymur müəllim və digərləri Beyləqan İcra Hakimiyyətinin Şöbə müdiri İlqar Quliyevdən aldıqları göstəriş və tapşırıqlara əsasən təbliğat-təşviqat kampaniyamıza ciddi əngəllər törətmişlər.
Seçki günü namizədlər sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə birgə bəyanatla müraciət etməyə məcbur olmuşlar. Buna səbəb isə 81 saylı Dairə Seçki Komissiyası üzrə bütün məntəqə sədrləri və üzvlərinin dediklərinə görə DSK sədri Zakir Vəlişovun verdiyi tapşırıqlara əsasən digər namizəd Şahin İsmayılovun lehinə kütləvi saxtakarlıq faktlarını aşkar etməyimiz oldu.
1. Seçki günü bülletenlərin sayılması ilə başlamalı olan seçki elə həmin andaca bülletenlərin sayılmaması ilə pozuldu. Məntəqəyə gətirilmiş bülletenlərin harda olduğu ilə bağlı məlumat əldə etmək istədikdə isə müşahidəçilərimizə heç bir məlumat verilmədi. Müşahidəçilərimiz bunu tələb etsələr də təzyiqlə üzləşdilər.
2. Seçicilər məntəqəyə gəlmədikləri halda bülletenlərin kütləvi surətdə üst hissəsinin kəsilərək hazır olması faktı aşkar edilmişdir.
3. “Karusel” deyilən sistem baş tutdu. Bunun təşkilatçıları Mənzil İstismar Sahəsinin rəisi Anar Vəliyev, İH Şöbə rəisi İlqar Quliyev, Təhsil və səhiyyə sisteminin rəhbər şəxsləri, kənd bələdiyyə sədrləri eləcədə icra nümayəndələri və digər rəhbər şəxslər idilər.
4. 3 saylı məntəqədə müəllimlər, məktəb direktoru və tədris işləri üzrə müavin başda olmaqla səs verdikdən sonra arxa qapıdan çölə çıxıb təkrarən başqa otağa girib, yenidən səs verirdilər.
5. 20 saylı məntəqədə bir sıra seçicilərin qapıda barmaqları yoxlanılmadan səs verməyə buraxılırdı. Səslər hesablanan zaman işıq söndürülür və dərhal əlavə bülletenlər stolun üstünə atılır. Çəkilişdə bu aşkar görünür.
6. Sosial şəbəkələrdə yayılan video görüntülərdə aşkar olunduğu kimi seçki qutusu açılan zaman müşahidəçilərin otağa buraxılmaması, Eyvazallar kənd sakini olan Qubad adlı şəxsin otağa daxil olması, qəsdən otağın işığı söndürülərək öncədən hazırlanmış saxta bülletenlər əlavə olunması öz əksini tapıb.
7. 35 saylı seçki məntəqəsinin sədri Cəfərov Ərşad Hüseyn oğlu müşahidəçiləri çölə qovub, bu zaman 150-200-dək öncədən hazırlanmış bülletenlərin qutuya atılması 3 müşahidəçi tərəfdən pəncərədən müşahidə olunub.
8. 26 saylı məntəqə sədri səsvermə başa çatdıqdan sonra məntəqə sədri bülletenləri saymadan, müşahidəçilərə yekun protokolu vermədən maşına minərək qaçıb.
9. Hərbi hisslərdə təşkil olunmuş 40,41,42,43,44,45 saylı məntəqələrlə əlaqədar əvvəlcədən DSK sədri Z. Vəlişovan xahiş edilmişdi ki, müşahidəçilər orada müşahidə apara bilsin. Vəlişov əvvəlcədən bu barədə danışdığını və problem olmadığını bildirsədə, seşki günü heç bir müşahidəçi hərbi hissələrdəki məntəqələrə daxil ola bilməyib.
10. 14 saylı məntəqədə bülletenlər topa ilə qutuya atılmışdı. Çəkiliş zamanı qatı kəsilmiş bülletenlərin qutunun dibimdə səliqə ilə yığıldığı aşkar görünür.
11. 18 saylı seçki məntəqəsində bülletenlər seçicilər gəlməmiş kəsilir, möhürlənir. Çəkilişdə bu işin durmadan həyata keçirildiyi aşkar görünür. Kənd ərazi üzrə nümayəndə məntəqənin qarşısında dayanaraq seçicilərə Ş. İsmayılova səs verməyə çağırırdı. Eləcədə məntəqənin daxilində Ş. İsmayılovun müşahidəçisi Əliyev Heydər Bəhram oğlu içkili halda məntəqənin daxilində gedişata müdaxilə edir, digər müşahidəçilərə və namizədlərə təzyiqlər göstərirdi.
12. 5 saylı məntəqədə Beyləqan YAP şöbəsinin sədri R. Pəsiyev məntəqəyə gələrək qeydiyyatdan keçmədən birbaşa direktorun otağıma keçir və orada məktəb direktoru ilə məxfi görüş keçirir. R. Pəsiyev gəzdiyi bütün məntəqələrdə belə addımlar atıb. Eləcədə onun müşahidəçi olması şübhə doğurur.
13. 6 saylı məntəqədə komissiya sədri protokolun surətini müşahidəçilərə verməkdən imtina edir. Və bu çəkilişdə öz əksini tapıb.
14. 20 saylı məntəqədə səs hesablama vaxtı çəkilişdə aydın görünür ki, bülletenlər cəm şəklində eyni yerdən qatlanıb. Bu isə ona dəlalət edir ki, bülletenlər cibdə saxlanılıb və sonradan saxtakarlıq edilərək qutuya salınıb. Bu çəkilişdə aşkar görünür.
15. MSK-nın sistemində qeydiyyatdan keçməmiş yalandan müxtəlif siyasi partiyaların nümayəndəsi kimi saxta vəsiqələr verilən müşahidəçilər açkar edilmişdir.
Qeyd edək ki, əksər məntəqələr üzrə seçki günü məntəqələrə daxil olan seçicilərin sayı müşahidəçilər tərəfdən qeydə alınmış, lakin qutular açılan zaman çıxan bülletenlərin sayı seçıcı sayından çox olmuşdur. Qeyd etdiyimiz saxtakarlıqlar bununla tamamlanmır. Tələb olunduğu halda əlavə sübutlar təqdim də bilərik.
Bütün bu qanun pozuntuları dövlətçiliyimizin və Prezidentimizin təminatçısı olduğu demokratik prinsiplərə xas olan dövlət siyasətinin sarsıdılmasına gətirib çıxarır. Biz ölkə Prezidentinin əskərləri olaraq onun çağırışına səs verərək, dövlətimizə və xalqımıza xidmət etmək üçün səfərbər olmuşuq.
Qoşma: Audio, foto və video

İmza: Məmmədov Anar Sədrəddin oğlu
İmza: Süleymanov Anar Hümbət oğlu
İmza: Bayramova Zülfiyyə Yaqub qızı
İmza: Mehdiyeva Ruhiyyə Zahid qızı
İmza: Abbasov Hikmət Maxsud oğlu

Xəbəri paylaş