Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb



Newscenter.az.15.02.2020
. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.
Xəbəri paylaş