Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Vilayət Eyvazov vətəndaşları qəbul edib



Newsce0nter.az.15.02.2020. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaş ilə görüşüb.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, general-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya və həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.
Xəbəri paylaş