Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalı professordan Paşinyana sərt cavab



Newscenter.az.17.02.2020. Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

“Report” xəbər verir ki, bunu professor “Twitter”səhifəsində yazıb.

“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir.

Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.
Xəbəri paylaş