Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxıda zəlzələ oldu



Newscenter.az.18.02.2020. Şamaxı rayonunda daha bir zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl fevralın 16-da Şamaxı və Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınmışdı. RSXM-in yaydığı məlumatda bildirilib ki, hər iki təkanda dərinlik Yer səthinə yaxın olub. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometr olub.
Xəbəri paylaş