Newscenter.az.19.02.2020. Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb.
“Report” xatırladır ki, hərbi qulluqçuların öldürülməsi son günlər ölkədə geniş ictimai rezonans doğurub. Bir sıra hallarda ölənlərin yaxınları küçələri və prospektləri bağlayıblar, habelə etiraz aksiyaları keçirərək paytaxta yürüş təşkil ediblər.