Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ombudsman Nərmin Quliyevanı qətlə yetirən şəxsə baş çəkib



Newscenter.az.19.02.2020. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsədbumüəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Ombudsman başçəkmədən öncə istintaq təcridxanasında saxlanılan şəxslərin həmin gün orada olan ailə üzvləri, yaxınları ilə də görüşüb, müraciətlərini dinləyib.

Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Süleymanov İlkin İbrahim oğlu istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri ilə əlaqədar Ombudsman tərəfindən konfidensial qaydada qəbul olunub və dinlənilib.

Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış müraciətləri qəbul olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.
Xəbəri paylaş