Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyandan növbəti sərsəm açıqlama



Danışıqlar Münhen prinsipləri əsasında davam edəcək?

Newscenter.az.19.02.2020
. Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransından sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə "Münhen prinsiplərini" elan etdi. Bu yanaşma rəsmi Yerevanın növbəti dəfə danışıqların dinamikası fonunda prosesdən uzaqlaşmasına hesablanıb”.

Newscengter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Paşinyan "Münhen prinsipləri " elan etməklə Cenevrədə "Yenilənmiş Madrid Prinsipləri" üzrə aparılan danışıqlardan yayına bilməyəcək:

“Çünki, Minsk qrupunun həmsədrləri buna imkan tanımayacaq. Onların masaya gətirdikləri həll variantını Paşinyan qəbul etməsə, substantiv danışıqlar davam etməsə, rəsmi Bakının hərbi variantlara əl atması baş verəcək. Buna ABŞ-ın göz yumması baş verə bilər. Sadəcə Paşinyan mart və aprel ayında Ermənistanda baş verəcək siyasi proseslərə görə öz məntiqi ilə davranır. O, Münhen Təhlükəsizlik konfransında acizliyindən bununla çıxmağa cəhd edir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, erməni baş nazirin "Münhen prinsipləri

" danışıqlar predmeti ola bilməz və bu danışıqlardan yayınmaq cəhdidir.
Xəbəri paylaş