Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınların bank kartlarını aldadaraq dəyişən şəxs tutulub



Newscenter.az.19.02.2020. Bakıda qadınlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə 2019-cu ilin dekabr ayında Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs bankomatın qarşısında Bakı şəhər sakini G.Cəlilovanı aldadaraq onun bank kartını dəyişib. Həmin şəxs yanvarın 13-də isə qadına məxsus olan bank kartından 260 manat pul çıxarıb.

Daha sonra G.Cəlilova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynxan Yadigarlı müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, digər üsullarla N.Kərimova da qarşı dələduzluq edib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş