Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdabda vətəndaş qəbulu keçiriləcək



Newscenter.az.19.02.2020. Təhsil nazirinin müavini Firudin Qurbanov fevralın 28-də Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən Newscenter.az-a bildirilib ki, qəbulda Ucar və Zərdab rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 19-26 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Xəbəri paylaş