Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib



Newscenter.az.20.02.2020. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı fevralın 20-də Dövlət Komitəsinin fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar Şirvan şəhərində qəbul keçirib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, görüşə gələn vətəndaşların müraciətləri, əsasən, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmaların layihələrinin maliyyələşdirilməsi, dini icmaların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub. Vətəndaşlar Dövlət Komitəsi sədrinin birinci müavini tərəfindən şəxsən dinlənilib, problemlərinin böyük əksəriyyəti elə yerində həllini tapıb, digərlərinin mövcud qanunvericiliyə uyğun həlli üçün işlər görülüb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, onların problemlərinə dövlət orqanları tərəfdən həssas yanaşılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş