Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi laboratoriyası akkreditasiya edilib



Newscenter.az.21.02.2020
. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparılıb və uyğunluğu qiymətləndirən qurumun tələblərinə cavab verdiyi müəyyən olunub.

Newscengter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycan Akkreditasiya Mərkəzinin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” 05.02.2020-ci il tarixli 0600-20 UQQA №-li qərari ilə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib.

AXA-dan bildirilib ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Mərkəzi laboratoriyası toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.
Xəbəri paylaş