Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil qəzası Mingəçevir sakinlərini qazsız qoydu



Newscenter.az.21.02.2020. Mingəçevir şəhərində qaz xəttini avtomobillə vuraraq zədələyiblər.

Newscenter.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhəri Bağlar massivi 13-cü Bağ küçəsini təbii qazla təmin edən diametri 89 mm-lik orta təzyiqli qaz xəttini və diametri 65 mm-lik siyirtməni minik avtomobili ilə vuraraq qırıblar. Bu səbəbdən 780 abonentin qaz təchizatında fasilə yaranıb.
Xəbəri paylaş