Newscenter.az.21.02.2020. Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyində yeni növ koronavirus (2019-nCOV) xəstəliyinin yayılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Birliyin idarə, departament və şöbələrində çalışan işçi personalı iştirak edib. Yeni növ virusla bağlı çıxış edən SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin rəisi Nizami İsmayılov xəstəliyin simptomları, onun yayılma və ondan qorunma yolları barədə ətraflı məlumat verib.