Newscenter.az.21.02.2020. Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb.
Tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də Səhiyyə Nazirliyinin koronavirusla bağlı açıqlamasında bildirilir ki, virusun sürətlə yayılmasının əsas səbəbi onun yüksək virulentliyi və patogenliyi, yoluxma mexanizminin hava-damcı, təmas yolu ilə olması, insanların virusa qarşı yüksək həssaslığıdır.
Dezinfeksiya tədbirləri ay ərzində iki dəfə yerinə yetiriləcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir: "Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir. Bu məqsədlə, "Bakı Metropoliteni" xüsusi lisenziya ilə fəaliyyət göstərənvə bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilməqaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb".
B.Məmmədov əlavə edib ki, tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb: “İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər birstansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub.Bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfədezinfektantlarla təmizlənəcək.İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiyazamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi genişspektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri,habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumlarınmüvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".
Qurum rəsmisi əlavə edib ki, yeraltı nəqliyyat vasitəsi olan Bakı metropolitenində sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir: "Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar vətikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlışəkildə dezinseksiya (həşəratlarla mübarizə), deratizasiya (gəmiricilərlə mübarizə) vəprofilaktik məqsədlə dezinfeksiya (mikroblarla mübarizə) tədbirləri müntəzəm surətdəhəyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqiaparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərintəkrarlanması da diqqətdə saxlanılır.Qeyd olunan tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesabolunan dərman vasitələrdən istifadə olunur. Dərman maddələrinin insan orqanizminə vəətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir. Əlavə olaraq, müvafiqlaboratoriya ən müasir ölçmə cihazları vasitəsilə stansiya, tunel və qatarlarda, həmçininxidməti otaqlarda mikroiqlim şəraitini gündəlik qrafik əsasında yoxlayır.Bütün tədbirlər metropoliten işçilərinin normal fəaliyyət göstərmələri üçün sanitar-gigiyenik normalara uyğun sağlam və təhlükəsiz əmək şəraitininyaradılmasını təmin etməklə bərabər, metrodan istifadə edən paytaxt sakinlərinin, eləcədə şəhərimizin qonaqlarının da rahat şəkildə daşınmasına xidmət edir. "Bakı Metropoliteni" sərnişinlərini metropolitendə sanitar-gigiyeniknormaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir.Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti vəkulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrobdaşıyıcılarının təmas olunan yerlərə atılmamasına, yapışdırılmamasına və digər bu kimihallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir. Unutmayaq ki, xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitinmühafizəsi, metropolitendə təmizliyin qorunması, ilk növbədə, hər bir sərnişininsağlamlığı baxımından çox vacibdir. Ölkəmiz üçün sosial əhəmiyyəti nəzərə alınaraq, koronavirusla bağlı "BakıMetropoliteni"nin fəal ictimai mövqe tutması əsassız deyil. Çünki metropaytaxtın əsas ictimai nəqliyyat növlərindən biridir. Bu səbəbdən yaxın günlərdəsərnişinlərin müfəssəl məlumat əldə etməsi və maariflənməsi, təbliğatın daha genişkütlə arasında yayılması məqsədilə koronavirusla bağlı daha bir mühüm korporativsosial məsuliyyət proqramı reallaşdırılacaq".