Newscenter.az.21.02.2020. Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.
“Report”un xəbərinə görə, hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb.