Newscenter.az.21.02.2020. Naxçıvanda yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri - N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilib.
Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.
Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.