Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahmar Hüseynov qazvurma mövsümünə hazırlıqla bağlı görülən işlərlə tanış olub



Newscenter.az.21.02.2020. “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Şahmar Hüseynov Qaz Anbarlarının İstismarı İdarəsində yeni qazvurma mövsümünə hazırlıqla bağlı görülən işlərlə tanış olub. Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, Qalmaz yeraltı qaz anbarına (YQA) gələn Şahmar Hüseynov və birliyin digər rəhbər şəxsləri işçi heyətlə görüşüb, həyata keçirilən tədbirlərə baxış keçiriblər.

Qeyd edək ki, Qaz Anbarlarının İstismarı İdarəsinin balansında 2 - Qaradağ və Qalmaz yeraltı qaz anbarı var. Anbarlara qazvurma mövsümündə Qaradağ və Qalmaz qaz kompressor stansiyalarında (QKS) istismar edilən 10QKNAM və MKS-12 tipli qazmühərrikli kompressorlar vasitəsilə qaz vurulur.

Uzun illərin təcrübəsi göstərir ki, qazvurma mövsümündə anbarlara vurulan qazın ən böyük hissəsi Qaradağ QKS-in üzərinə düşür. 2020-ci ildə qazvurma mövsümünün yaxınlaşdığını nəzərə alaraq kompressor maşınlarının qazvurmaya hazırlanması üçün lazım olan bütün tədbirlər görülür.
Xəbəri paylaş