Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib



Newscenter.az.21.02.2020. Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Səfirlikdən Newscenter.az-a verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Məlumata görə, fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.
Xatırladaq ki, 2013, 2015 və 2019-cu illərdə də Ali Radada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.
Xəbəri paylaş