Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə koronavirusa görə İranla sərhədi bağladı



Newscenter.az.23.02.2020. Türkiyə İranda koronavirusa yoluxma hadisəsinin atmasından sonra təhlükəsizlik tədbirləri baxımından bu ölkə ilə sərhədlərini bağlayıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Sabah” mənbəyə istinadən xəbər verir.

Məlumata görə, ölkənin İranla sərhədindəki iki nəzarət-buraxılış məntəqəsi keçid üçün bağlanılıb. Bildirilir ki, tədbir Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van vilayətinə turist axını fonunda görülüb.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb. Rəsmi məlumata görə, ölkədə 8 nəfər virusun qurbanı olub.
Xəbəri paylaş