Newscenter.az.24.02.2020. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun nümayəndələri Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsi, Oberammerqau şəhərində (Almaniya) “Döyüş hazırlığının qiymətləndirilməsi” kursu və Ankara şəhərində (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.