Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni terrorizmini dünyaya təqdim edən hərəkat



Newscenter.az.24.02.2020. Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı faciə kimi daxil olub. Erməni millətçi-şovinistlərinin davamlı olaraq apardığı etnik təmizləmə, soyqırım siyasətinin nəticəsi olan Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verildi. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi.

Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almaqdadır. Azərbaycan Prezidenti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu vardır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərir. Fond neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, filmlər çəkir.

Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir. Leyla xanım Azərbaycan torpaqlarının işğalının və Xocalı soyqırımının dünyada tanıtdırılmasını əsas fəaliyyət istiqamətlərindən biri kimi son illər daha da gücləndirmiş, onun birbaşa təşəbüsü ilə təşkil olunan kampaniya ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri və Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair hazırlanmış materiallar, bukletlər, fotoalbomlar və kitablar, ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub. Canlı şahidlərə malik və qətliam görüntülərini özündə əks etdirən Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıtdırılması və “Xocalıya ədalət” aksiyalarının keçirilməsi erməni lobbisinin fəaliyyətinə ciddi zərbədir və dünya görür ki, özünü “məzlum millət” kimi göstərmək istəyənlər Azərbaycanda əsl soyqırımı törədiblər.

Məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağrı-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərmək olan bu kampaniya Azərbaycan milli ideyasının güclənməsinə də misilsiz töhfə verməkdədir. Leyla xanım Əliyeva bu cür sistemli və dünya coğrafiyasını əhatə edən kampaniya ilə dünya itimaiyyətinə mesaj verir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir.

Bu gün onlarla ölkədə uğurla həyata keçirilən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulmuşdur. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, son illərdə ondan artıq ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmişdir.
Leyla Əliyevanın ümumdünya hərəkatına çevrilən “Xocalıya ədalət” kampaniyası Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapmasında mühüm rol oyanmaqdadır. Bu siyasətin nəticəsidir ki, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş