Newscenter.az.25.02.2020. Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bunlar 4, 21, 30, 32, 46, 49 və 175 saylı avtobuslardır.
Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.