Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə- Azərbaycan hərbi əlaqələri fonunda ölkəmizdə Türkiyə hərbi bazasının yardılması zəruridir



Newscenter.az.25.02.2020. “Rusiya ilə Türkiyə arasında siyasi böhran yaşananda qardaş ölkənin rəsmilərinin səfər etdiyi ölkə Azərbaycan olur. Türkiyə prezidenti R. T. Ərdoğanın ölkəmizə səfəri əsasən Rusiya və Türkiyə arasında faktiki Suriyada davam edən hərbi böhran fonunda həyata keçir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, səfərin indi gerçəkləşməsi görünür, Moskvaya müəyyən mesajlar vermək və Cənubi Qafqaz üzərindən Rusiya ilə yenidən İdlib məsələsində yeni razılaşma əldə etməkdən ibarətdir”. Politoloq deyib ki, Türkiyə və Azərbaycan arasında heç bir problem yoxdur və tərəflər ikitərəfli müqavilələr əsasında bütün sahələrdə əməkdaşlıq edir:

“Sadəcə, Türkiyənin əsas hədəfi regionda yeni hərbi baza qurmaq və Azərbaycanla müştərək silah zavodu açmaqdır. Bundan əlavə, regionda əsas yeni təhdidlərə qarşı Azərbaycanın yanında olmaq mesajını verməkdir. Maraqlı nüans ondadır ki, Türkiyə prezidentinin səfəri öncəsi Ermənistan dövlət sərhəddində diversiya və təxribat həyata keçirərək Azərbaycan əsgərini şəhid etdi. Görünür, Ermənistan hazırda Türkiyə -Azərbaycan əlaqələrinin hıərbi müstəvidə yeni inkişaf mərhələsinə keçməsindən narahatdır və bu əmr müəyyən dairələrdən sifariş edilib”.

Məhəmməd Əsədullazadə deyib ki, prezident Ərdoğan ciddi nəticələrə hesablanan səfərlər edir və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək: “Bu gün Türkiyənin Fars körfəzində, Şimali Afrikada-Liviyada, Şimal Şərqi Afrikada-Somalidə hərbi bazaları varsa, niyədə Azərbaycanda olmasın? Dünya yeni təhlükəsizlik böhranına qədəm qoyur və Azərbaycanda bu təhlükələrdən sığortalanmayıb. Ona görə də Türkiyə- Azərbaycan hərbi əlaqələri fonunda ölkəmizdə Türkiyə hərbi bazasının yardılması zəruridir”.
Xəbəri paylaş