Newscenter.az.25.02.2020. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Newscenter.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.