Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşların kəndlərarası avtomobil yollarının təmir-bərpası ilə bağlı şikayətləri dinlənilib



Newscenter.az.25.02.2020.
Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.

Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şalyan RİH-nin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə AAYDA-nin darə Heyəti sədrinin müavini Əvəz Qocayev və Biləsuvar RİH-nin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad ediblər.
“Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətinə baxılıb. Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, dayanacaqların quraşdırılması, piyada səkilərinin tikintisi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş