Newscenter.az.26.02.2020. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində ASAN könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər reallaşdırılıb.
Newscenter.az-a Dövlət Agentliyindən bildirilib ki, ASAN könüllüləri Beynəlxalq Muğam Mərkəzində “Mən Xocalıyam” kompozisiyasını səhnələşdiriblər.
“Məktəblinin Dostu” layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində isə şagirdlər soyqırım barədə məlumatlandırılıblar.
Həmçinin müxtəlif guşələr təşkil olunub, film və təqdimatlar nümayiş etdirilib, videoçarxlar hazırlanıb, şəhərin müxtəlif yerlərində sorğular keçirilib və məlumat verilib.
Təşkil olunan 50-ə yaxın tədbir ümumilikdə 1500-dən çox könüllünü əhatə edib.